Bakı. Trend:
Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.
İnteqrasiya edilmiş süni intellektə malik 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması üzrə də fəaliyyətə başlayan Türkiyə hazırda dünyanın 185 ölkəsinə 230 növdən çox müdafiə sənayesi məhsulu ixrac edir.