...

Komissiya Ermənistan konstitusiyasının dəyişdirilməsini müzakirə edəcək - KİV

Dünya xəbərləri Materials 24 Fevral 2024 12:02 (UTC +04:00)
Komissiya Ermənistan konstitusiyasının dəyişdirilməsini müzakirə edəcək - KİV
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Konstitusiya islahatları komissiyası martın 1-də ölkənin yeni əsas qanunun hazırlanması məsələsini müzakirə edəcək.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

"Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır", - KİV yazıb.

Qeyd edək ki, Ermənistanın hazırkı Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşıiddialar var.

Rəsmi Bakı isə iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti