...

Lukaşenko yaxın zamanda Ərdoğanla görüşmək niyyətindədir

Dünya xəbərləri Materials 26 Fevral 2024 20:58 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lukaşenko ötən gün Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik etmək üçün ona zəng edib. Telefon danışığında Belarus prezidenti Türkiyə lideri ilə yaxın zamanda görüşərək əməkdaşlığı və dünya gündəmini müzakirə etmək istədiyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti