...

Yanvar ayında Türkiyədə Rusiya kapitalı ilə qeydə alınan şirkətlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 27 Fevral 2024 17:50 (UTC +04:00)
Yanvar ayında Türkiyədə Rusiya kapitalı ilə qeydə alınan şirkətlərin sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Türkiyədə Rusiya kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42 şirkət azdır.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 41,6 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 118,4 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (7) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 3,1 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar ayında Türkiyədə Rusiya kapitalı ilə 6 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Xəbər lenti

Xəbər lenti