...

Parisdə Olimpiya təhlükəsizlik planları olan kompüter oğurlanıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 05:43 (UTC +04:00)

Bakı. Trend:

Meriya əməkdaşı Paris Olimpiadası üçün təhlükəsizlik planları olan kompüteri və “USB fleş” disklərini itirib.

Trend-in məlumatına görə, bu barədə "BFM" telekanalı məlumat yayıb.

Hadisə fevralın 26-da axşam saatlarında qatarda baş verib. Paris meriyasının əməkdaşı kompüteri və şəxsi əşyaları olan çantanı oturacağın üstündəki rəfə qoyub və daha sonra onu yerində tapmayıb.

Telekanalın məlumatına görə, kompüter və fleş disklərdə olan fayllar iyulun 26-dan avqustun 11-dək Olimpiya Oyunları zamanı Paris meriyası tərəfindən hazırlanmış təhlükəsizlik tədbirləri ilə bağlı olub. Oyunlara bələdiyyə polisi olmaqla 2 minə qədər asayiş keşikçisinin cəlb edilməsi nəzərdə tutulurdu. Hazırda polis oğrunu tapmaq üçün stansiyada müşahidə kameralarının görüntülərini yoxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti