Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Antalyaya səfər edəcək.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, Mirzoyan Antalya Diplomatik Forumunda iştirak edəcək.
Martın 3-dək davam edəcək səfər çərçivəsində erməni nazirin müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı da nəzərdə tutulur.