Bakı. Trend:
İsveç öz ərazisində NATO-nun nüvə silahının yerləşdirilməsi üçün zərurət görmür.
Trend xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə əlaqədar mətbuat konfransında deyib.
"NATO-nun bütün müdafiə imkanlarının, o cümlədən nüvə strategiyalarının zəruriliyini anlayırıq. Digər tərəfdən aydın şəkildə bildirmişik ki, İsveçin dinc vaxtda öz ərazisində daimi bazalar və ya nüvə silahı qəbul edən ölkəyə çevrilməsi üçün zərurət görmürük", - o deyib.
Baş nazir İsveçin bu qərarına NATO-da hörmətlə yanaşıldığını əlavə edib.
