...

Sudan paytaxtının qərb ərazilərində döyüşlər gedir

Dünya xəbərləri Materials 14 Mart 2024 22:12 (UTC +04:00)
Sudan paytaxtının qərb ərazilərində döyüşlər gedir

Bakı. Trend:

Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında paytaxt Xartumun qərbində yerləşən və paytaxt ərazisinin bir hissəsi olan Omdurmanda döyüşlər gedir.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin “The National” nəşri xəbər verib.

Ötən çərşənbə axşamı hərbçilər Omdurmandakı Çevik Reaksiya Qüvvələrindən dövlət televiziya və radio yayım kompleksini geri alıblar. ÇRQ obyektin itkisini qəbul etməyib və şəhərə reaktiv yaylım atəşi, minaatan və ağır pulemyotlarla silahlanmış dəstələr göndəriblər.

Cümə axşamı əsas döyüşlər bu kompleksin ərazisində baş verdi.

Bundan əlavə, Omdurman ərazisində bir neçə hərbi baza, o cümlədən Sudan Silahlı Qüvvələrinin Mühəndislik Korpusunun qərargahı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti