...

ABŞ Fələstinin yeni baş nazirindən islahatlar gözlədiyini bildirib

Dünya xəbərləri Materials 15 Mart 2024 05:27 (UTC +04:00)
ABŞ Fələstinin yeni baş nazirindən islahatlar gözlədiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Fələstinin yeni baş naziri Məhəmməd Mustafadan ölkədə islahatlar aparılmasını gözləyir.

Trend-in məlumatına görə, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının mətbuat direktoru Eydrienn Utson bildirib.

Onun sözlərinə görə, ABŞ M.Mustafanın Fələstinin baş naziri təyin olunmasını alqışlayır və “onu islahat yönümlü kabineti mümkün qədər tez formalaşdırmağa təşviq edir”:

"Birləşmiş Ştatlar bu yeni hökumətdən siyasətin aparılması və güclü və genişmiqyaslı islahatlarının həyata keçirlməsini gözləyəcək".

O qeyd edib ki, Fələstin xalqı üçün nəticələr əldə etmək və həm İordan çayının qərb sahilində, həm də Qəzza zolağında sabitlik üçün şərait yaratmaq üçün islahat aparılmış Fələstin Administrasiya lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti