Bakı. Trend:
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim olunub.
Trend xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.
Diplomatik notaya əsasən, Rusiyanın Estoniyadakı səfirliyinin əməkdaşı "persona non grata" elan olunub.
Bildirilib ki, Estoniyanın təhlükəsizliyinə qarşı keçirilən hibrid əməliyyatlar dayandırılmalıdır.
"Estoniya Rusiyanın onun müstəqilliyi və suverenliyinə qarşı yönəlmiş hərəkətlərinə dözmək niyyətində deyil", - Estoniya XİN-in məlumatında deyilir.