...

İsrail ordusu "Əş-Şifa" xəstəxanasında külli miqdarda pul aşkarladı

Dünya xəbərləri Materials 21 Mart 2024 11:38 (UTC +04:00)
İsrail ordusu "Əş-Şifa" xəstəxanasında külli miqdarda pul aşkarladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında yerləşən "Əş-Şifa" xəstəxanasında 3 milyon dollara yaxın pul aşkarladığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, aşkarlanan vəsait dollar və İordaniya dinarından ibarət olub.

401-ci briqadanın qüvvələrinin 162-ci diviziyanın komandanlığı altında İsrail Təhlükəsizlik Təşkilatı (ISA) ilə birlikdə xəstəxana əməliyyatı davam etdirdiyi bildirilib.

Qeyd edək ki, martın 18-də İsrail ordusu "Əş Şifa" xəstəxanasında hərbi əməliyyat keçirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti