...

Ukrayna prezidenti bir sıra müşavir və səlahiyyətli nümayəndələrini vəzifədən azad edib

Dünya xəbərləri Materials 30 Mart 2024 13:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefiri vəzifədən azad edib.

Trend xəbər verir ki, bu barədə müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

Qeyd edək ki, Sergey Şefir, həmçinin, Volodimir Zelenskinin köhnə dostu və biznes tərəfdaşı olub.

Bundan başqa, Zelenski bir sıra digər müşavir və səlahiyyətli nümayəndələrini də vəzifədən azad edib. Bunlar Ukrayna prezidentinin müşaviri Sergey Trofimov, ştatdankənar müşavirləri Oleq Ustenko və Mixail Radutski, Ukrayna prezidentinin könüllü fəaliyyət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Natalya Puşkareva və Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması məsələləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi Alyona Verbitskaya olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti