Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.
Trend xəbər verir ki, ölkə üzrə hələlik 99.6 faiz seçki qutuları açılıb.
Məlumata görə, İstanbul üzrə bu faiz 54.5-ə bərabərdir. İlkin nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir.
O, 49.69 faiz səs qazanıb. Hakim partiyanın namizədi Murat Kurum isə seçicilərin 42.05 faizinin səsini toplayıb.