...

İsrailin Suriyada İran konsulluğunu vurması nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 2 Aprel 2024 02:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Suriyada İran konsulluğunu vurması nəticəsində ölənlərin sayı artıb.

Trend xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 11 nəfər həlak olub.

Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbər lenti

Xəbər lenti