Bakı. Trend:
Yaponiya lazım gələrsə, zəlzələdən sonra Tayvana operativ şəkildə yardım göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
"Hökumət bütün lazımi tədbirləri görəcək və məlumat toplayacaq. Biz səmimi başsağlığımızı bildiririk və bizə müraciət olduğu zaman dərhal yardım göstərəcəyik", - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, 7,5 bal gücündə zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.