...

Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrini qalib gəlib

Dünya xəbərləri Materials 7 Aprel 2024 03:26 (UTC +04:00)
Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrini qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hakim koalisiyaya daxil olan “Qlas” partiyası tərəfindən namizədliyi irəli sürülən Slovakiya parlamentinin sədri Peter Pelleqrini prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Slovakiya KİV-ləri xəbər verib.

Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi - Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.

Seçici fəallığı 61,1 faiz olub.

Slovakiyada seçki məntəqələri yerli vaxtla saat 22:00-da bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti