...

İran xarici işlər naziri Dəməşqdə yeni konsulluq binasının açılışında iştirak edəcək

Dünya xəbərləri Materials 8 Aprel 2024 16:06 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya paytaxtı Dəməşqə səfəri çərçivəsində yeni konsulluq binasının açılışında iştirak edəcək.

Trend bu barədə İran KİV-ə istinadən məlumat verir.

Bildirilir ki, yeni konsulluq binası Dəməşqdə vurularaq dağıdılan İran konsulluq binasının yaxınlığında yerləşir.

Qeyd edək ki, İran KİV 6 apreldə İranın Dəməşqdə konsulluğunun fəaliyyətini bərpa etdiyini bildirib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti