...

Niyə qərblilərin bəslədiyi insanlar hərfiyyən şeytanlaşır? - Zaxarovadan erməni spikerə reaksiya

Dünya xəbərləri Materials 22 May 2024 13:37 (UTC +04:00)
Niyə qərblilərin bəslədiyi insanlar hərfiyyən şeytanlaşır? - Zaxarovadan erməni spikerə reaksiya
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın kilsənin vergiyə cəlb edilməli olduğuna dair açıqlamasına reaksiya verib.

Trend xəbər verir ki, Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.

"Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: "Kilsənin niyə vergi ödəmədiyi müzakirə olunmalıdır və ümumiyyətlə, hüquqi nöqteyi-nəzərdən vergiləri ödəyən və ordu üçün sursat alan adi iş adamından yüksək olan hansı işi gördüyü yenidən gözdən keçirilməlidir. Eyni zamanda, Ali Radada "Avropa Həmrəyliyi" fraksiyası və Petro Poroşenko kanonik Ukrayna Pravoslav Kilsəsinin tam qadağan edilməsi məsələsinin yenidən gündəmə gətirilməsini tələb edir. Niyə qərblilərin bəslədiyi insanlar sözün əsl mənasında şeytanlaşırlar?, - deyə o yazıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni kilsəsinin vergiyə cəlb olunmasını təklif edib.

"Bəsdir, hisslərimiz və tariximizlə oynadınız. Artıq siyasətlə məşğul olur, diaspordan pul yığır, şərab satır, restoranlara sahib olur, lakin vergi vermirsiniz", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti