...

Erməni kilsəsi sərəncamındakı istifadə olunmayan torpaq sahələrini dövlətə verməlidir - Artur Hovhannisyan

Dünya xəbərləri Materials 23 May 2024 13:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Erməni kilsəsinin sərəncamındakı istifadə olunmayan torpaq sahələri var ki, dövlətin işinə yaraya bilər.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan deyib.

Onun sözlərinə görə, Erməni Apostol Kilsəsi dövlətlə əməkdaşlıq etməli, maliyyə vəsaitinin "kölgə"dən çıxarılmasına köməklik göstərməlidir.

"Xristianlıq oğurluq etməmək, korrupsiyada, kölgə fəaliyyətində iştirak etməmək haqqındadır. Bizim anlayışımıza görə, kilsə məhz bu məntiqi rəhbər tutmalı və korrupsiyanın baş verə biləcəyi vəziyyət yaratmamalıdır", - o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti