...

Xamenei Suriya prezidentini qəbul edib

Dünya xəbərləri Materials 30 May 2024 17:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Rəhbəri Seyid Əli Xamenei bu gün Tehranda səfərdə olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib.

Trend bu barədə "Ynet" portalına istinadən xəbər verir.

Məlumata görə, Bəşər Əsəd helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi ölümü ilə bağlı başsağlığını bildirib.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti