...

ABŞ İrana yeni sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 31 May 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda bildirilib.

Sanksiyaların İran Aviasiya Sənayesi Təşkilatı ilə əlaqəsi olan bir şəxsi və dörd qurumu hədəf aldığı bildirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini demişdi.

Onun sözlərinə görə, İslam Respublikasına qarşı əlavə qadağalar qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib.

"Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir. İndi vəziyyət əvvəlkilərdən fərqlənir. İran daha çox təzyiq və sanksiyalara məruz qalmalıdır", - C. Sallivan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti