...

Çexiyada terror ehtimalına görə təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 9 İyun 2024 09:18 (UTC +04:00)

Bakı. Trend:

Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, bu barədə "İdnes" xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, vağzallarda, ictimai nəqliyyatda və ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan bildirib ki, polis profilaktik təhlükəsizlik tədbirləri görür.

"Şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - nazir özünün X (keçmiş Twitter) hesabında yazıb. Təfərrüatlar barədə Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti