...

Yaponiya və Ukrayna təhlükəsizlik və müdafiə sahəsində saziş imzalayıblar

Dünya xəbərləri Materials 14 İyun 2024 03:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna prezidenti Vladimir Zelenski 10 illik ikitərəfli saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzeti xəbər verib.

Bildirilib ki, sazişə əsasən, Tokio Kiyevə təhlükəsizlik, müdafiə və digər sahələrdə yardım göstərəcək.

Qeyd olunub ki, Ukrayna tərəfinin məlumatına görə, bu saziş çərçivəsində Yaponiya bu il Ukraynaya 4,5 milyard dollar dəstək verəcək. Öz növbəsində Yaponiyanın İtaliyadakı səfirliyi bəyan edib ki, 2022-ci ildən bəri Tokio artıq Kiyevə 12 milyard dollardan çox dəstək verib.

Yaponiya Ukraynanı öldürücü olmayan avadanlıq və mallarla təmin edəcək və bu ölkə ilə kəşfiyyat sahəsində əməkdaşlıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti