...

Rusiyada elmi-tədqiqat institutunda yanğın: 7 ölü

Dünya xəbərləri Materials 24 İyun 2024 19:00 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğın başlayıb.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib. Yanğın nəticəsində 7 nəfər ölüb.

Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir neçə nəfər barədə məlumat yoxdur.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti