...

Avstraliyada uşağı öldürən timsah güllələnib

Dünya xəbərləri Materials 10 İyul 2024 14:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Şimal Ərazisində uşağı öldürən timsah yerli mühafizəçilər tərəfindən güllələnib.

Trend xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü polis iyulun əvvəlində 12 yaşlı qıza hücum edən 4,2 metrlik su timsahının tapılaraq məhv edildiyini təsdiqləyib.

Balaca qız iyulun 2-də ailəsi ilə Darvindən 200 kilometr cənub-qərbdə, ucqar Palumpa şəhəri yaxınlığındakı çayda çimərkən yoxa çıxıb. Onun qalıqları iyulun 4-də havadan müşahidə, polis, park mühafizəçiləri və yerli icma üzvlərinin iştirak etdiyi ikigünlük axtarışdan sonra tapılıb.

Polis araşdırmalardan sonra onun xəsarətlərinin timsah hücumunun nəticəsi olduğunu söyləyib. Bildirilib ki, bu, 2018-ci ildən bəri ilk ölümcül timsah hücumu olub.

Qeyd edək ki, Avstraliyanın Şimal Ərazisində vəhşi təbiətdə 100 mindən çox su timsahının olduğu təxmin edilir.

Xəbər lenti

Xəbər lenti