Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa qarşı Pensilvaniyada seçkiqabağı kampaniya zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Sözügedən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə qəbuledilməzdir”, - deyə bəyanatda vurğulanıb.
Nazirlik ABŞ-da keçiriləcək seçkilərin dinc şəraitdə başa çatacağına ümid etdiyini bildirib.