...

ABŞ İran-Ermənistan münasibətlərinə qarışmamalıdır - Səfir

Dünya xəbərləri Materials 20 İyul 2024 12:31 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İran-Ermənistan münasibətlərinə müdaxilə etməməlidir.

Trend xəbər verir ki, bu barədə İranın Ermənistrandakı səfiri Mehdi Sübhani İranın "SNN" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, regiondakı məsələlər region daxilində həll olunmalıdır, çünki onların nəticələri ABŞ kimi xarici ölkələrə deyil, region ölkələrinə yönəlib.

"Ermənistanın öz xarici əlaqələrini inkişaf etdirmək qərarına hörmət edirik. Lakin bəzilərinin demokratiya və islahatlar bəhanəsi ilə Ermənistan və İran arasındakı münasibətlərə qarışmasına, onları pozmasına və ictimai fikrə təsir etməsinə qarşıyıq", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti