...

Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq

Dünya xəbərləri Materials 20 İyul 2024 15:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Trend xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq.

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək", - o qeyd edib.

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti