...

Filippin sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Avqust 2024 07:36 (UTC +04:00)

Bakı. Trend:

Filippinin Mindano adası sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Seysmoloji Mərkəzi (USGS) məlumat yayıb. Yeraltı təkanların episentri Barselona şəhərindən 20 kilometr uzaqda, Sakit okeanda, 17 kilometr dərinlikdə yerləşir.

Hadisə nəticəsində dağıntı baş verməyib, sunami təhlükəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti