...

İsveçdə islamofob şəxsə qarşı etnik qrupu təhrik etmək ittihamı irəli sürülüb

Dünya xəbərləri Materials 7 Avqust 2024 20:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Quran”ı yandırmaqla ictimaiyyətin diqqətini cəlb edən ifrat sağçı “Stram kurs” partiyasının lideri, Danimarka və İsveç vətəndaşı Rasmus Paludan etnik qrupu təhrik və təhqir etməkdə ittiham olunur.

Trend xəbər verir ki,bu barədə İsveç prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu ittihamlara Paludanın aprel ayında Malmödə, həmçinin, 2022-ci ilin sentyabrında dərisinin rənginə və etnik mənsubiyyətinə görə bir insana qarşı dəfələrlə alçaldıcı sözlər dediyi iki ayrı hadisə daxildir. Baş prokuror Adrien Kombyer-Hoqq bildirib:

“İttihamları irəli sürmək üçün kifayət qədər əsaslar var və bundan sonra işə rayon məhkəməsi baxacaq. Şübhəlini İsveçdə dindirməyi nəzərdə tuturduq və ilin əvvəlində buna hazır idik. Lakin şübhəlinin və onu müşayiət edən polis məmurlarının təhlükəsizliyini təmin etmək üçün polisin plan hazırlaması üç ay çəkdi”.

Paludan özü qeyd edir ki, ona qarşı irəli sürülən ittihamlardan xəbəri olmayıb.

Jurnalistlərin islamofob fikirlərinə sadiq qalması ilə bağlı sualına cavab verən Paludan bildirib: “Bəli, tamamilə!”

Xəbər lenti

Xəbər lenti