Bakı. Trend:
Britaniyanın müxtəlif şəhərlərində iğtişaşlar zamanı saxlanılan şəxslərin məhkəmə prosesləri davam edir.
Trend xəbər verir ki, bu gün İngiltərənin Mersisayd bölgəsində iğtişaş törədən 43 yaşlı Con Omali və 69 yaşlı Uilyam Nelson 2 il 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə prosesi televiziyalar tərəfindən canlı yayımlanıb.
Hakim Endryu Menari deyib ki, yaşına baxmayaraq, Uilyam Nelsonun iğtişaşlarda fəal şəkildə iştirak etməsi və hakim qarşısına çıxmağı çox kədərlidir. Əlavə edib ki, Uilyam Nelsonun aksiya zamanı əlində dəyənək olub və onu üç polis əməkdaşı saxlaya bilib.