...

Avstriya maliyyəçiləri süni intellekt vasitəsilə 185 avro cəlb ediblər

Dünya xəbərləri Materials 9 Avqust 2024 20:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vergidən yayınma hallarını aşkar etmək üçün Avstriya Maliyyə Nazirliyi artıq bir neçə ildir süni intellektdən (AI) istifadənin köməyi ilə böyük gəlir əldə edir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, AI vasitəsilə 2023-cü ildə 6,5 milyona yaxın iş yoxlanılıb və 185 milyon avro vergi yığılıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, əməkdaşların qiymətləndirməsində yanlış məlumat, eləcə də gəlir vergisi, korporativ vergi və ya satış vergisi fırıldaqçılığı cəhdi aşkar edilib.

Bundan əlavə, səhvən müraciət edilmiş və ya alınmış yardım və müavinətlərin, habelə saxta şirkətlərin müəyyən edilməsi ilə bağlı 27,5 milyon işə baxılıb.

Xəbər lenti

Xəbər lenti