Bakı. Trend:
Ermənistanda "Qərbi Nil" qızdırmasına ümumilikdə 108 yoluxma halı qeydə alınıb.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.
Onun sözlərinə görə, xəstəliyin yayılma tempi hələ də kifayət qədər səmərəli şəkildə azalmır və bütün ay ərzində aktiv profilaktik işlər aparılmalıdır.
"İlk günlərdən qızdırmanın diaqnostikası və müalicəsi üzrə işlər lazımi qaydada aparılıb. Xəstəlik hallarının artmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb", - Avanesyan bildirib.
Qeyd edək ki, Ermənistanda bu xəstəlik diaqnozu qoyulmuş bir xəstə vəfat edib. Daha üç vətəndaşın ölümü barədə məlumat verilsə də, Səhiyyə Nazirliyi bunu təsdiqləməyib.
İndiyə qədər yoluxmaların sayı 92 idi.