Bakı. Trend:
Qəzzada atəşkəs razılaşması əldə etmək məqsədini daşıyan fəaliyyətlər davam etdirilir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns və Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) direktoru Riçard Mur açıqlama veriblər.
Onlar bildiriblər ki, Qəzzada gərginliyin azaldılması üçün kəşfiyyat kanalları vasitəsilə irəliləyiş əldə edilməyə çalışırlar.
“Burns və Mur, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi məsələsində razılaşma əldə etmək üçün fasiləsiz çalışdıqlarını vurğulayıblar. Bu razılaşmanın fələstinli mülki əhalinin iztirablarına son qoyacağı və oktyabrın 7-dən etibarən Qəzzada saxlanılan israilli məhbusların evlərinə qayıtmasına imkan yaradacaq“, - məlumatda qeyd olunub.