Bakı. Trend:
Moskva-İstanbul marşrutu üzrə PC389 reysini həyata keçirən Airbus A320 təyyarəsi təcili olaraq Varşava hava limanına eniş edib.
Trend-in məlumatına görə, bu barədə “Flightradar24” xidməti xəbər yayıb. Bildirilib ki, təyyarə Türkiyənin “Pegasus” aviaşirkətinə məxsusdur. Sentyabrın 8-də Bakı vaxtı ilə saat 20:58-də Vnukovo hava limanından havaya qalxan təyyarə, Bakı vaxtı ilə saat 22:57-də Varşavadakı Frederik Şopen Beynəlxalq Hava Limanına planlaşdırılmamış eniş edib.
Təhlükəsizlik səbəbindən təcili enişin detalları hələ açıqlanmayıb.