Bakı. Trend:
Hollandiya polisi Haaqada şəhərin əsas magistrallarından birini bağlayan 370-ə yaxın ətraf mühit fəalını saxlayıb.
Trend xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Nümayiş mədən yanacaq hasilatı üçün hökumətin subsidiyalarına etiraz etmək üçün "Extinction Rebellion" ekoloji hərəkatı tərəfindən təşkil edilib. Etiraz aksiyası yerli vaxtla saat 12:00 radələrində başlayıb.
Əvvəlcə etiraz, minimum polis iştirakı ilə baş başladı, çünki asayiş keşikçiləri özləri daha yaxşı pensiya şəraiti axtararaq saat 17:00-a qədər tətil keçirtdilər.
Bəzi fəallar Laheyanı Amsterdam, Rotterdam və Utrext də daxil olmaqla digər mühüm əhali mərkəzləri ilə birləşdirən yolda gecələyəcəklərinə ümid edərək, çadırlar gətirmişdilər. Lakin axşam düşən kimi mer Yan van Zanenin göstərişi ilə polis nümayişçilərdən dağılmağı tələb edib.
İmtina edənlər saxlanılaraq avtobusla şəhərdən kənara aparılıb. Telekanal qeyd edib ki, ümumilikdə 350-yə yaxın şəxs kütləvi tədbirlərlə bağlı qanuna əməl etmədiyinə görə, daha 20-yə yaxın fəal vandalizm və polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməsinə maneçilik törətdiklərinə görə saxlanılıb.