Bakı. Trend:
Berlində Şpre çayında əyləncə gəmisinin üst göyərtəsinin bir hissəsinin çökməsi nəticəsində 30 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə “Bild” qəzeti yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmidə 100-ə yaxın insan olub. Hadisə nəticəsində 3 nəfər ağır, 27 nəfər isə yüngül xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.