...

Bavariyada oteldə yanğın olub, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 5 Oktyabr 2024 15:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Bavariya federal əyalətində yerləşən Bamberq şəhərindəki oteldə yanğın baş verib.

Trend xəbər verir ki, baş vermiş yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanların üçü xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hazırda 70-ə yaxın müştərinin yerləşdiyi oteldə otaqların yaşayış üçün yararlılığı yoxlanılır. Otel növbəti xəbərdarlığa qədər boşaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti