...

ABŞ İranla Yaxın Şərqdə atəşkəs əldə etmək üçün danışıqlar aparır - KİV

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 02:33 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və ərəb dövlətləri İranla Yaxın Şərqdəki bütün müharibə cəbhələrini bir anda sakitləşdirməyə yönəlmiş hərtərəfli atəşkəslə bağlı gizli danışıqlara başlayıblar.

Trend-in məlumatına görə, bu barədə "Channel 12" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hazırda İsrail bu təşəbbüsdə iştirak etmir. Bu arada, danışıqların gedişi ilə bağlı yüksək vəzifəli İsrail rəsmiləri məlumatlandırılıb.

Qeyd edilib ki, bu səylərin İsrailin HƏMAS ilə potensial razılaşmadan sonra da müharibəni davam etdirmək istəyinə görə digər cəbhələrdən daha mürəkkəb olan Qəzzaya necə təsir edəcəyi bəlli deyil.

Xəbər lenti

Xəbər lenti