...

ABŞ İran neftinin ticarətinə görə 16 şirkət və 23 tankerə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 02:47 (UTC +04:00)

Bakı. Trend:

Amerika administrasiyası İran neftinin ticarəti və daşınması ilə məşğul olan 16 hüquqi şəxs və 23 tankeri sanksiyalar siyahısına əlavə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasında bildirilib.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İranın nüvə proqramını və raket inkişafını maliyyələşdirmək, həmçinin Yaxın Şərqdəki münaqişələri qızışdırmaq üçün istifadə etdiyi gəlir axınının pozulmasıdır.

"Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə koordinasiyada İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən istənilən quruma qarşı sanksiyaların tətbiqinə təkan verəcək sərəncam verir", - deyə Blinken əlavə edib.

Xəbər lenti

Xəbər lenti