Bakı. Trend:
Ötən gün Şimali Koreya lideri Kim Çen In KXDR və Rusiya arasında “hərtərəfli strateji tərəfdaşlıq” sazişini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Qeyd olunub ki, müqavilə tərəflər arasında ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minəcək.
Qeyd edək ki, noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi haqqında qanun imzalayıb.
Müqavilə 2024-cü il iyunun 19-da Pxenyanda geniş spektrdə tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri dərinləşdirmək məqsədilə imzalanıb.