Bakı. Trend:
Meksikanın şimalındakı Guanaxuato əyalətində köşkə hücum edilib. Silahlı hücumda 9 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, hücum edən şəxslər əvvəlcə köşkdə olanlara, daha sonra isə ətrafdakı müştərilərə atəş açıblar.
Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib və hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Qeyd edək ki, Guanaxuato əyaləti Meksikada mütəşəkkil cinayət qruplarının tez-tez qarşıdurma yaşadığı bölgələrdən biridir.