Bakı. Trend:
Türkiyə Suriyadakı hadisələrin gözlənilməz dönüşünü çox diqqətlə izləyir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ankara regionda gərginliyin azaldılması üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.
“Biz Suriya xalqının qanuni tələbləri fonunda ərazi bütövlüyünün qorunması və Suriyada 13 ildir davam edən sabitliyin pozulması dövründən çıxış yolu nəzərə alınmaqla razılıq əldə etməyə ümid edirik”, - deyə Türkiyə Prezidenti bildirib.