...

İtaliya və Macarıstan Baş nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyini vurğulayıblar

Dünya xəbərləri Materials 4 Dekabr 2024 23:40 (UTC +04:00)
İtaliya və Macarıstan Baş nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyini vurğulayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni, Romada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə tərəflər ölkələr arasında ikitərəfli tərəfdaşlığın inkişafını bir daha təsdiqləyiblər. Liderlər, xüsusilə infrastruktur və enerji sahələrində investisiyaların artırılması və ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Bundan əlavə, qeyri-qanuni miqrasiya ilə mübarizənin əhəmiyyəti bir daha vurğulanıb. Meloni, Orbanı Macarıstanın Avropa Şurasına sədrliyinə uğuru münasibətilə təbrik edib və Rəqabət Qabiliyyəti üzrə Budapeşt Bəyannaməsinin qəbulunu alqışlayıb.

Görüşdə Şengen zonasının genişləndirilməsi ilə bağlı müzakirələr də aparılıb. Hökumət başçıları siyasi dialoqun gücləndirilməsi və beynəlxalq məsələlərdə qarşılıqlı koordinasiyanın davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Ayrıca, Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında dəstək nümayiş etdirilib və 2025-ci ilin iyulunda İtaliyada keçiriləcək Ukraynanın bərpası üzrə konfransın əhəmiyyəti müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti