...

İstanbulda partlayış: Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 7 Dekabr 2024 11:24 (UTC +04:00)
İstanbulda partlayış: Ölən və yaralananlar var
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Beylikdüzü rayonu, Adnan Kahveci məhəlləsində yerləşən 14 mərtəbəli binanın giriş mərtəbəsindəki mənzildə baş verən partlayış nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışın səbəbinin təbii qaz xəttindəki problem olduğu ehtimal edilir.

Məlumata görə, yaralıların həyati təhlükəsi yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti