Bakı. Trend:
Müxalifət qüvvələrinin irəliləməsi fonunda Suriya ordusunun bölmələri paytaxt Dəməşqin mərkəzini tərk edir.
Trend-in Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, müxalifət qüvvələri Dəməşqin mərkəzi olan Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, xalqın seçdiyi hər hansı rəhbərliklə əməkdaşlığa hazırdır və hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazırdır.
“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
xxx
07:00
Suriyada silahlıları Dəməşqə nəzarəti bərqərar ediblər.
Trend “Al Hadath” telekanalına istinadən xəbər verir ki, hökumət qüvvələri respublikanın paytaxtından geri çəkilir.
Onun sözlərinə görə, silahlılar Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
xxx
06:15
Suriyanın paytaxtı Dəməşq şəhərində güclü atışma səsləri eşidilir.
Trend “Reuters”ə istinadən xəbər verir ki, yerli sakinlər atışma səslərinin şəhərin naməlum hissəsindən gəldiyini bildiriblər.
Bu arada “CNN” Amerika rəsmilərinə istinadən məlumat yayıb ki, Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətini itirə biləcəyi ehtimalı artır. ABŞ administrasiyasının daxilində Əsədin yaxın zamanda devrilə biləcəyinə dair razılaşmanın getdikcə gücləndiyi vurğulanıb.
Hadisə ilə bağlı əlavə məlumat gözlənilir.