Bakı. Trend:
Suriyanın Dəməşq şəhərinin qərbindəki Mezze bölgəsində iki güclü partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı xəbər verib.
Digər təfərrüatlar hələlik verilməyib.
Bildirilib ki, Suriyanın "Al Watan" nəşri daha əvvəl Mezzedə partlayış səslərinin eşidildiyini bildirsə də, baş verənlərlə bağlı təfərrüatları açıqlamayıb.