Bakı. Trend:
ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 266,4 milyon dollar olan F-16 qırıcıları üçün müxtəlif sistemlərin potensial satışına, eləcə də onlara texniki xidmət göstərməyə icazə verib.
Trend-in məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bildirib.
Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi “Ukrayna hökumətinə F-16-ya və müvafiq avadanlıqlara texniki xidmət göstərilməsi” üçün təxminən 266,4 milyon dollarlıq xidmətlərin “mümkün satışını təsdiqləyib”. Qeyd olunub ki, Kiyev bundan əvvəl Vaşinqtondan qırıcı təyyarələr, proqram təminatı, ehtiyat hissələri, o cümlədən F-16 mühərrikləri üçün idarəetmə sistemlərinin alınmasına icazə istəyib.