Bakı. Trend:
Macarıstan baş naziri Viktor Orban bu gün Türkiyəyə səfər edəcək.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın dövlət naziri Zoltan Kovacsın “X” sosial media hesabında etdiyi paylaşımda bildirilir.
Səfər çərçivəsində Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna və Yaxın Şərqdəki inkişafı, sülh gözləntilərini və ikitərəfli münasibətləri müzakirə etmək üçün görüşəcək.