Bakı. Trend:
Rustaveli prospektində yerli vaxtla saat 19:00-dan başlayan aksiya az əvvəl başa çatıb.
Trend xəbər verir ki, aksiyalar zamanı Avropa Parlamentinin deputatları Gürcüstan və Avropa İttifaqının bayraqlarını açaraq mitinq iştirakçıları qarşısında çıxış ediblər.
Dekabrın 13-də bütün gün ərzində müxtəlif icma üzvlərinin, o cümlədən tələbələrin, HR və təlimçilərin, mədəniyyət işçilərinin, marketoloqların, PR mütəxəssislərinin, hüquqşünasların və bir çox peşə sahiblərinin etiraz aksiyalarına qoşulması planlaşdırılır.
Etiraz aksiyasına psixoloqların da qoşulacağı bildirilir.